Arvadını və 20 günlük körpəsini öldürdü - Azərbaycanda daha bir dəhşət

arvadini-ve-20-gunluk-korpesini-oldurdu
Oxunma sayı: 795

Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə öldürüb. 

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 
 
***

Rayonda çobanlıqla məşğul olan 1979-cu il təvəllüdlü Rafiq Teyyub oğlu Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə çomaqla vuraraq öldürüb.

Onun yaxınlarının verdiyi məlumata görə, K.Məmmədova R.Məmmədovun beşinci arvadı olub. Bundan öncə R.Məmmədov dördüncü arvadı 1983-cü il təvəllüdlü İnci Cəbrayıl qızı Vəliyevanı çomaqla döyüb. Yaralı ölümcül vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Məmmədov isə həbs edilib. İki il bundan qabaq həbsdən çıxan R.Məmmədov K.Məmmədova ilə ailə həyatı qurub və onların 20 gün bundan əvvəl körpəsi dünyaya gəlib. 

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törədən R.Məmmədovun axtarışları davam edir.

***

Daşkəsən rayonunda ana və körpəsinin qətlində təqsirləndirilən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

İlkin ehtimala görə, R. Ələkbərov qətli törədən zaman içkili olub. Onların yaşadığı evdə spirtli içki butulkaları aşkarlanıb.    

Hadisə barədə kənd sakinlərinə qətlə yetirilən qadının ilk nikahından olan 5 yaşlı qızı məlumat verib.

R. Ələkbərovun bir neçə dəfə məhkumluq həyatı yaşadığı, bir neçə dəfə nikahda olduğu, məhkumluqların ailə münaqişələri ilə bağlı olduğu deyilir. Onun birinci nikahından nəvəsinin də olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.