Arvadıya qaynanasını öldürənlə bağlı DİN-dən - Açıqlama

arvadiya-qaynanasini-oldurenle-bagli-din-den
Oxunma sayı: 642

Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib. Sonra o, könüllü olaraq Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.

Qeyd edək ki, Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.