Asim Mollazadə: “Regional münaqişələr demokratikləşmə və Avropa inteqrasiyasına mane olur”

asim-mollazade-regional-munaqiseler-demokratiklesme-ve-avropa-inteqrasiyasina-mane-olur
Oxunma sayı: 672

Forumda millət vəkili “Şərq tərəfdaşlığı bölgəsində mövcud olan münaqişələr, onların demokratikləşmə və inteqrasiya prosesinə təhdidi: çağırışlar və ümumi baxış” mövzusunda məruzə edib. A.Mollazadə çıxışında Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin ərazisindəki münaqişələrə, onların həlli yollarına toxunub. Qeyd edib ki, regiondakı münaqişələr, o cümlədən də Dağlıq Qarabağ problemi bölgədə davamlı sülhün yaranmasına, demokratikləşməyə, Avropa inteqrasiyasına və əməkdaşlığa mane olur. Millət vəkili Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı çərçivəsində sıx əməkdaşlığın bölgəmizin inkişafına müsbət təsir edəcəyini bildirib.