Aslı ayrıldıqlarını belə təsdiqlədi

asli-ayrildiqlarini-bele-tesdiqledi
Oxunma sayı: 2290

Xəbər verdiyimiz kimi, 3 ilə yaxındır sevgili olan müğənni Murad Bozla aktrisa Aslı Enver ayrılıb. Murad mövzu ilə bağlı açıqlama verərək münasibətə son qoyduqlarını bildirib. 

“Qafqazinfo” xəbər verir ki, A. Enver isə ötən günə kimi mövzu ilə bağlı danışmaqdan çəkinib. Lakin o, sükutu pozaraq istaqramda Muradla olan şəkillərini silib və onu “unfollow” edib. 

Aslı da bu addımı ilə ayrıldığını təsdiqləyib. Murad isə rəsmi səhifəsində sevgilisi barədə yazdığı statusları və fotoları silməyib və instaqramda Aslını izləməkdə davam edir.