“AtaBank” nüfuzlu elmi konfransın sponsoru olub

atabank-nufuzlu-elmi-konfransin-sponsoru-olub
Oxunma sayı: 647

Bakıda “AtaBank” ASC-nin sponsorluğu ilə “XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” keçirilib.

"Qafqazinfo" xəbər verir ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, İqtisadiyyat və Menecment Jurnalı olub.

Dövlət İqtisad Universitetində (UNEC) keçirilmiş konfransda Azərbaycanla yanaşı Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla bir çox ölkənin elm adamları iştirak ediblər.

“XIII Beynəlxalq Bilik, İqtisadiyyat və Menecment Konfransı” İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasıdır.

“AtaBank” Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Müasir dövrdə  ixtisaslı mütəxəssislər  olmadan davamlı iqtisadi inkişafdan, yenilikdən söhbət gedə bilməz. Bankımızın korportav sosial məsuliyyət siyasətinə elmin də dəstəklənməsi daxildir. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasına sponsor olmağımız bu siyasətimiz çərçivəsində təmin edilib ”,- deyə “AtaBank” ASC-nin  Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib.

Konfransın sonunda “AtaBank” ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.