“AtaBank”a “MasterCard”dan xüsusi mükafat

atabanka-mastercarddan-xususi-mukafat
Oxunma sayı: 637

23 may 2017-ci il tarixində Bakı şəhərində yerləşən “Four seasons” otelində “MasterCard” beynəlxalq ödəniş sistemi tərəfindən konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal  sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilib. 

“MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi nümayəndələri “AtaBank” ASC-nin bu istiqamətdə gələcəkdə daha böyük uğurlara nail olmasını arzu edib.

“AtaBank” ASC əldə etdiyi nailiyyət və uğurlara görə müştərilərinə dərin təşəkkürünü bildirir.

Hazırda “AtaBank” ASC-nin POS-terminallarının  sayı 18 000-dən artıqdır.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

“AtaBank” ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.com  və www.facebook.com/atabank  ünvanlarına müraciət edə bilərsiniz.