Avtomobili kütlənin üzərinə sürdü - 7 yaralı

avtomobili-kutlenin-uzerine-surdu
Oxunma sayı: 635

Avstraliyanın Sidney şəhərində naməlum şəxs avtomobili müştərilərin üzərinə sürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident “Chatswood Mall” ticarət mərkəzində qeydə alınıb.

Məlumata əsasən hadisə nəticəsində biri körpə olmaqla 7 nəfər xəsarət alıb.

Polis faktı bədbəxt hadisə kimi qiymətləndirib. Artıq avtomobilin sürücüsü tutulub və ifadəsi alınıb.