Ayaqqabılarını yuyarkən anbara düşüb öldü

ayaqqabilarini-yuyarken-anbara-dusub-oldu
Oxunma sayı: 1330

Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyulun 16-ı saat 08 radələrində rayonun Kijəbə qəsəbəsi, Lovayın kənsində qeydə alınıb.

Şümrüd kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Ağabacı Canhəsən qızı su anbarının kənarında su ilə ayaqqabılarını təmizləmək istəyərkən ehtiyatsızlıqdan sürüşüb suya düşüb və boğularaq ölüb. Həmin zaman həyat yoldaşı Bəşir Əzizov da onun yanında olub. 

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. A.Məmmədovanın meyitinin xarici müayinəsi zamanı bədəni üzərində hər-hansı xəsarət izi aşkar olunmayıb. 

Astara rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd