Aygünü Ayselə dəyişdi - Kirkorovun yeni “Diva”sı odur

Aygünü Ayselə dəyişdi
Oxunma sayı: 5007

Rusiyanın xalq artisti Filip Kirkorov bu dəfə Azərbaycanın “Eurovision 2018” təmsilçisi Aysel Məmmədovaya “Diva” ləqəbi verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə pop kral instaqram səhifəsində yazıb: “Mən doğma Azərbaycanın parlaq “Diva”sı, gözəl Aysellə görüşdən məmnun oldum. Əziz Aysel, sənə şans və uğur diləyirəm. Portuqaliyada görüşənədək.Səni 30 aprel tarixində Lissabonda keçirəcəyim ad günündə gözləyirəm”.  

Qeyd edək ki, Kirkorov 2006-cı ildə Aygün Kazımovanın Moskavadakı solo konsertində onu Azərbaycanın “Diva”sı adlandırmışdı. Ondan sonra yerli şou-biznesdə Kazımova “Diva” ləqəbi ilə təqdim etməyə başladılar. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi