Az bal yığdığına görə yoxa çıxan oğlan tapıldı

az-bal-yigdigina-gore-yoxa-cixan-oglan-tapildi
Oxunma sayı: 703

İtkin düşən neftçalalı abituriyent tapılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Bakıda qəbul imtahanında iştirak edəndən sonra itkin düşdüyü bildirilən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu evlərinə dönüb.

Onun atası Yaşar Əliyevin verdiyi məlumata görə, oğlu Bakıda dostlarının yanında olub, qəbul imtahanlarında az bal topladığı üçün evlərinə dönməyə utandığını bildirib.