“Azərbaycan Əlifbası və Dili günü”nə həsr olunmuş sərgi açılıb

azerbaycan-elifbasi-ve-dili-gunune-hesr-olunmus-sergi-acilib
Oxunma sayı: 870

Azərbaycan Milli Kitabxanasında “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı kitab sərgisinin açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, tədbiri Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq əvvəlcə tədbir iştirakçılarını salamlayıb, sonra o, Azərbaycan Əlifbasının və Azərbaycan  Dilinin tarixi, bugünə kimi keçdiyi şərəfli inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verib.

Kitabxananın şöbə müdirləri Əsədova Rəna, Hüseynova Gülər Azərbaycan dilinin sadəliyindən, aydınlığından bəhs ediblər. Sonra isə tədbir iştirakçıları  “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili  günüdür” adlı kitab sərgisi ilə tanış olublar. Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən böyük maraqla qarşılanıb.