Azərbaycan reytinqdə irəlilədi

azerbaycan-reytinqde-ireliledi
Oxunma sayı: 886


“Qafqazinfo”  Azərbaycan Marketinq Cəmiyyətinə istinadən  xəbər verir ki, bu il Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 38-ci yerdədir. 2013-2014-cü il hesabatında isə Azərbaycan 148 ölkə arasında 39-cu yeri tutub. Qeyd etmək lazımdır ki, bu il də ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olub.

Ölkəmizdə baş verən iqtisadi islahatlar və inkişaf tempinin öz əksini tapdığı bu indeksə görə Azərbaycan 7 xallıq şkala üzrə 4,53 xal toplanıb.Azərbaycanda 2006-cı ildən başlayaraq şirkət sahibləri arasında sorğularını Azərbaycan Marketinq Cəmiyyətinin həyata keçirdiyi bu hesabata əsasən, ölkəmiz Avropadan İtaliya (49-cu yer), Polşa (43-cü yer), Rumıniya (59-ci yer), eləcə də qonşu ölkələrdən Türkiyə (45-ci yer), Gürcüstan (69-cu yer) və İranı (83-cü yer) qabaqlayıb. Həmçinin, Azərbaycan keçmiş Sovet məkanından sadəcə Estoniyadan (29-cu yer) aşağıda qərarlaşaraq Litva (41-ci yer) və Latviyanı (42-ci yer) da öz mövqeyinə görə arxada qoyub.

Qlobal Rəqabətlilik Hesabatı 2014—2015 nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi isə İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr Sinqapur, ABŞ, Finlandiya və Almaniyadır.