Azərbaycanda 60 minlik korrupsiya

azerbaycanda-60-minlik-korrupsiya-
Oxunma sayı: 1969


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, aparılan istintaqla MTK-nın təsisçisi Əli Abışovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kooperativin baş mühasibi Əhliman Verdiyevlə birgə kooperativin Suraxanı rayonu ərazisində inşa etdiyi yaşayış binasının 37 sakinindən binaya təbii qazın verilməsini, həmçinin mənzillərə mülkiyyət hüququna dair sənədlərin alınmasını vəd edib aldadaraq toplanmış 77 min 595 manat məbləğində pul vəsaitinin 60 min 297 manatını ələ keçirib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Əli Abışova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbs, Əhliman Verdiyevə isə həmin məcəllənin 32.5, 178.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.