Azərbaycanda 776 təqaüdçünün 100-dən çox yaşı var

azerbaycanda-776-teqaudcunun-100-den-cox-yasi-var
Oxunma sayı: 650

SalamNews-un xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

O, yaşlı vətəndaşların Sosial Müdafiəsi üzrə Dövlət Proqramının müzakirəsinə həsr olunan “dəyirmi masa”da deyib ki, təqaüdçülərin 262 min nəfəri 70-80 yaş, 18 faizi 81-90, 1,5 faizi isə 91-100 yaş həddindədir. Onların 728 nəfərini qadınlar, 46 nəfərini isə kişilər təşkil edir.

Onun sözlərinə görə, 70 yaşlı adamları ahıl adlandırmaq düzgün deyil. Yaş həddini artırmaq lazımdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu 772 min nəfərə (42,5 faizi 70 yaşdan yuxarı) yaşa görə təqaüd ödəyir. Onların 220 min nəfəri kişidir. Kişi təqaüdçülərin 60,2 faizi ahıl insanlardır. Qadınlarda isə bu faiz göstəricisi 61-ə bərabərdir. Hazırda pensiya sistemində ahıl təqaüdçülər üçün əlavələr nəzərdə tutulmayıb. Belə ki, dövlət ahıl şəxslərin sosial müdafiəsini təmin etmək üçün bir sıra proqramlar həyata keçirir.