“Azərbaycanda belə bir yol yoxdur”

azerbaycanda-bele-bir-yol-yoxdur
Oxunma sayı: 3678

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi asfaltın elektrik dirəklərinin arasından çəkildiyi iddia olunan yolla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, Agentlik elə bir yolun Azərbaycanda olmadığını bildirib:

“Nə Şəki rayonunun Üzümçülük kəndində, nə Şəki rayonunu digər kəndlərində və nə də Azərbaycanda belə bir yol var.

Bunun başqa, Qax rayonunun İlisu kəndinin yolunun yenidən qurulması işlərinə kölgə salacaq yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumat verilib. Onunla bağlı da bildirmək istəyirik ki, kənd, qəsəbə, rayon və şəhərlərdə kommunikasiya xətləri yolun altı ilə keçir. Yolda təmir işləri aparılmamışdan öncə həmin kommunikasiya xətlərinə cavabdeh olan aidiyyəti qurumlara müraciət olunur. Əgər istənilən kommunikasiya xəttinin təmirinə, dəyişdirilməsinə və ya ləğvinə ehtiyac varsa, aidiyyəti qurum tərəfindən bu işlər həyata keçirilir və daha sonra bizə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilir. Məlumatdan sonra artıq həmin ərazidə yolun təmiri və ya yenidən qurulması işlərinə başlanılır. Təmir və yenidənqurma işlərindən sonra isə sözügedən kommunikasiya xətlərində baş verə biləcək problemə görə artıq aidiyyəti qurum məsuliyyət daşıyır.

Çəkilən asfaltın keyfiyyətsiz, qalınlığının standartlara uyğun olmaması ilə bağlı iddialara gəlincə, bildirmək istəyirik ki, avtomobil yollarında təmir-tikinti işləri yolun texniki dərəcəsinə uyğun parametrlər üzrə və “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunu asanlıqla yerində və ya labarator şəraitdə yoxlamaq mümkündür”.