Azərbaycanda dayı bacısı oğlunu bıçaqladı

azerbaycanda-dayi-bacisi-oglunu-bicaqladi
Oxunma sayı: 963


Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini, 1980-ci il təvəllüdlü Vüsal Tahir oğlu Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı V. Əsgərovun dayısı, 1966-cı il təvəllüdlü Əliabbas Cəbrayılov tərəfindən bıçaqlandığı müəyyənləşib. Ə. Cəbrayılov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.