Azərbaycanda dəniz daşımalarının həcmi artıb

azerbaycanda-deniz-dasimalarinin-hecmi-artib
Oxunma sayı: 655

Bu il  yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi vasitəsilə daşınmış yüklərin həcmində 7,4 faiz artım müşahidə edilib. 

“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında Avropa-dəhlizdən Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 25650,8 min ton, yük dövriyyəsi isə 5385,6   milyon ton-km olub.  Yüklərin 15512,7 min tonu və ya 60,5 faizi avtomobil nəqliyyatı, 6614,0 min tonu və ya 25,8 faizi dəmir yolu nəqliyyatı, 3524,1 min tonu və ya 13,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 19,6 faizini və ya 5037,3 min tonunu tranzit yüklər təşkil edib.