“Azərbaycanda korporativ sosial məsuliyyət: reallıqlar və perspektivlər”

azerbaycanda-korporativ-sosial-mesuliyyet-realliqlar-ve-perspektivler
Oxunma sayı: 852

Şuranın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, konfrans 240-dan artıq yerli və xarici biznes qurumunun daxil olduğu Amerika Ticarət Palatasının (AMCHAM) informasiya dəstəyi ilə həyata keçirilib.

Şura sədri Azay Quliyev ölkədə korporativ sosial məsuliyyətlə bağlı normaların hələ oturuşmadığını, ictimai fəaliyyətə özəl sektorun, biznes və kommersiya strukturlarının dəstəyinin təmin edilməsinin vacibliyini qeyd edib. O, bu sahə üçün ayrıca qanunun deyil, korporativ sosial məsuliyyət üzrə tövsiyə sənədinin hazırlanmasının məqsədəuyğunluğunu vurğulayıb. Şura sədri beynəlxalq təcrübəyə istinadən qeyd edib ki, korporativ sosial məsuliyyət öhdəliklərini könüllülük prinsipi əsasında həyata keçirən özəl sektor bir qayda olaraq cəmiyyət qarşısında özünün sosial öhdəliklərini yerinə yetirmiş olur. Azərbaycanda bu sahədə ənənə zəifliyini və təcrübə çatışmazlığını deyən A.Quliyev konfransda aparılacaq müzakirələrin gələcək əməkdaşlıq üçün səmərəli nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Korporativ sosial məsuliyyətlə bağlı Şuranın hazırladığı tövsiyə sənədini ekspert İsrail İsgəndərov təqdim edib. Sənəddə korporativ sosial məsuliyyət öhdəliklərinin təşkili, dövlət strukturları, özəl və ictimai sektorların bu sahədə qarşılıqlı əməkdaşlıq münasibətlərini tənzimləyən müddəa və prinsiplərin öz əksini tapması izah edilib.