Azərbaycanda pomidor turşusu daha bir can aldı

azerbaycanda-pomidor-tursusu-daha-bir-can-aldi
Oxunma sayı: 667

APA-nın məlumatına görə, 18 yaşlı Xaləddin İsmayılov xəstəxanada vəfat edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağdam rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb. Qidadan zəhərlənən bir ailənin yeddi üzvü dekabrın 12-də saat 13:30 radələrində Göyçay Mərkəzi rayon Xəstəxanasına gətirilib. Ağdam rayonunun Mirzəli yatağı adlı ərazisində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü İsmayılov Məhəddin Hüseyn oğlu, onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü İsmayılova Tərlan Həsən qızı, qızları - 1995-ci il təvəllüdlü Səyalı İsmayılova, 1991-ci il təvəllüdlü Dürdanə İsmayılova, oğlanları - 1994-cü il təvəllüdlü Xaləddin İsmayılov, 2004-cü il təvəllüdlü Seyfəddin İsmayılov və qohumu 1962-ci il təvəllüdlü Kərbəlalıyev Arzuman İnşallah oğlu qidadan zəhərlənib. Müalicə üçün Ağcabədi Mərkəzi rayon Xəstəxanasından təcili və təxirəsalınmaz tibbi yardım maşınları ilə Bakıya aparılan xəstələrin vəziyyəti yolda daha da ağırlaşıb və onlar Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Zəhərlənənlərdən Seyfəddin İsmayılov və bacısı Səyalı İsmayılova dünyasını dəyişib.

İlkin məlumata görə, ailə üzvləri axşam yeməyi vaxtı evdə hazırlanmış pomidor turşusundan zəhərləniblər. Hazırda faktla bağlı araşdırma aparılır.