Azərbaycanda Rusiya kapitallı 570 şirkət var

azerbaycanda-rusiya-kapitalli-570-sirket-var
Oxunma sayı: 787


“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı qeyd olunub ki, Azərbaycanda Rusiya kapitallı 570 şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən ölkəmizə yatırılmış investisiyaların həcmi 1,8 milyard ABŞ dollarını ötüb. Azərbaycan isə son 10 ildə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub və 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5 faiz artıb. Ş. Mustafayev xatırladıb ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il qeyri-neft ixracının 32 faizi, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30 faizdən çoxu bu ölkənin payına düşüb.

Səfiri Vladimir Doroxin ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini vurğulayaraq, Rusiya bazarında Azərbaycan mallarına, o cümlədən kənd təsərrüfatı məhsullarına əhəmiyyətli dərəcədə tələbat olduğunu deyib.

Görüş zamanı səfir Rusiya Federasiyasının Azərbaycan Respublikasına təyin olunmuş ticarət nümayəndəliyinin yeni rəhbəri Eldar Tlyabiçevi təqdim edib.