Azərbaycanda tələbəni 3 nəfər bıçaqladı - Yenilənib

azerbaycanda-telebeni-3-nefer-bicaqladi
Oxunma sayı: 2656

Bu gün səhər saatlarında Ağdaş rayonunda məktəbli 3 nəfər şəxs tərəfindən  bıçaqlanıb.

“Qafqazinfo”nun  əldə etdiyi məlumaata görə, təxminən 15 yaşında olan yeniyetməyə  ürək nahiyəsindən bir neçə dəfə ağır  bıçaq zərbəsi vurulub. 

O, hadisə yerindəcə dünyasını dəyişib. Polis məktəblini bıçaqlayanları axtarır.

***

Qətlə yetirilən şəxs şagird deyil. 2000-ci il təvəllüdlü Ətraf Nəsibov Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsidir. Onun hansı səbəbdən qətlə yetirildiyi hələ ki məlum deyil. Prokurorluq tərəfindən araşdırmalar aparılır.

 Günel Türksoy