Azərbaycanda yeni film - “Ögey ata”

azerbaycanda-yeni-film-ogey-ata
Oxunma sayı: 1014

Martın 18-də paytaxtın bütün kinoteatrlarında “Ögey ata” komediyasının premyerası keçiriləcək

Martın 18-i Park Cinema və digər kinoteatrlar Planet Parni iz Baku studiyasının çəkdiyi filmin premyerasını nümayış etdirəcək. Park Cinemanın PR-meneceri Nərgiz Rəfiyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, “Ögey ata” adlı yeni komediyanın rejisoru Vüqar Cəbrayılovdur. Ssenariçi və baş rolun ifaçısı – məşhur yumoristik aktyor Fərda Xudaverdiyevdir. Xatırladaq ki, onun sonuncu işi “Toy” filmi olub. Yeni filmin prodüserləri Tahir və Cabir İmanovlar və Emin Məmmədovdur.

Filmin qəhrəmanının adı Kəramətdir. Onun həyatının başqalarından fərqliliyi ondadır ki, həyatın enişli-yoxuşlu yollarında ozünü sanki İpək yolunda kimi hiss edir. Öz diliylə desək, “çox böyük hörmətə sahibdir”. Düzdür, borcu hörmətindən daha çoxdur, amma siz indi təsəvvür edin ki, onun nə qədər borcu var. Hər zaman “halallıqla” dolanmaq istəsə belə, sonda “haqsızlıqla” qarşılaşır. Əgər Kəramət Kəramətdirsə bu belə davam edə bilməz! Bir anda hər şeyi öz xeyrinə dəyişmək arzusu ilə qəti qərar verir və hər şey burdan başlayır!
Maraqlıdır ki, türk aktyoru İlhan Özbəy filmdə iştirak etmək üçün dəvət almışdir. Filmdə eləcə də Xəyalə Abbasova və Teymur Məmmədov çəkiliblər.
Filmin treylerini burada izləyə bilərsiniz: http://www.youtube.com/watch?feature=player_embedded&v=Ri9ZdkSPcj4

Nigar Məmmədli