Azərbaycanın tanınmış aparıcısı vəfat etdi

Azərbaycanın tanınmış aparıcısı vəfat etdi
Oxunma sayı: 11186

İctimai Televiziyanın keçmiş aparıcısı, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, İsrafilov ürək çatışmazlığından dünyasını dəyişib. 

Onun ölümünü "facebook"da dostları təsdiqləyib. 

Xatırladaq ki, O, İTV  kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimi də sınayıb və bu yaxınlarda təqdimatı keçirilən Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr –Studiyasının rejissoru olub. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi