Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib.
Qafqaz Müsəlmanlar İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərhum 1950-ci il təvəllüdlü, Ağdam rayon sakini Bəhmən Məhəmməd oğlu Şükürovdur. O, ziyarətdə təvafını yerinə yetirəndən sonra namaz qılarkən ürək çatışmazlığından vəfat edib.
Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər