Azərbaycanlılardan Ukrayna hökümətinə təklif

azerbaycanlilardan-ukrayna-hokumetine-teklif
Oxunma sayı: 1948


Görüşün məqsədi son hadisələrdən irəli gələrək hakimiyyətin ictimaiyyət ilə əlaqələrin güclənməsində etnik xalqların da rolunun güclənməsi, onların da Ukraynanın əsas məqsədlərinin inkişaf istiqamətlərində rolunun artırılması olub. Hökumətin etnik vətəndaşlarla keçirdiyi görüşdə müzakirələr zamanı Ukrayna cəmiyyəti üçün yubanmadan həllini gözləyən məlum vacib və ağrılı mövzular qaldırılıb və müxtəlif təkliflər müzakirə olunub.

Azərbaycanlılar adından çıxışı zamanı Rövşən Tağıyev Ukraynanın bütövlüyünün qorunub saxlanmasının vacibliyini vurğulayıb, əsasən də ölkənin şərqində son vaxtlar baş verən hadisələr fonunda ölkənin parçalanmasının qarşısının alınması istiqamətində güclərin birləşdirilməsinin vacibliyindən danışıb. O Ukrayna vətəndaşı olan azərbaycanlıların buna hazır olduğunu bildirib.

R. Tağıyev həmçinin təkliflə çıxış edib ki, Ukraynanın əvvəlki prezidentinin dövründə ləğv olunan milli azlıqlarla bağlı Mərkəzi İcra Orqanı bərpa olunsun: “Çünki bu strukturun fəaliyyəti etnik xalqların, o cümlədən Ukraynada yaşayan azərbaycanlıların bütün dövlət orqanlarında maraqlarının təmin olunmasına yönəlmişdi”. Daha sonra digər etnik xalqlar kimi azərbaycanlıların da qarşıdan gələn parlamçent seçkilərində iştirak məsələsi qaldırılaraq müzakirə olunub.

Tədbirdən sonra Aleksandr Siç Rövşən Tağıyev ilə təkbətək görüş keçirib. Ukraynadakı Azərbaycan diasporunu narahat edən digər məsələləri müzakirə edib.