“AzərKredit” müflis elan olundu

azerkredit-muflis-elan-olundu
Oxunma sayı: 4297

Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin bu ilin mayın 25-də qətnaməsi ilə borclu-bank olmayan kredit təşkilatı “Vijn Fond AzərKredit” MMC müflis elan edilib.

“Qafqazinfo” “APA-Economics”ə istinadən xəbər verir ki, “Gəncə Konsultant” ASC BOKT-un əmlak inzibatçısı təyin edilib.

Kreditorlar borcluya qarşı olan tələblərini  bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə müraciət edə bilərlər.
 
Kreditorların ilkin yığıncağı bu ilin iyulun 26-da keçiriləcək.  
 
Qeyd edək ki, “Vijn Fond Azərkredit” Azərbaycan manatının 2015-ci ildəki devalvasiyasından sonra kredit ödənişlərinin gecikməsi və buna görə kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyindən iflas elan edilməsi iləbağlı bu ilin fevralın 22-də məhkəməyə müraciət etdiyini bəyan edib.