Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Azərbaycan-İtaliya Dizayn Mərkəzində İtaliya-Azərbaycan ticarət mərkəzinin təqdimat mərasimi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycan-İtaliya Ticarət palatasının direktoru Şahin Abbasov, Milli Məclisin deputatı Azər Kərimli, Azərbaycan Memarlar İttifaqının 1-ci katibi Fərhad Mollazadə, Milan Politexnik Universitetinin (POLİMİ) Dizayn Departamentinin rəhbəri, professor Silvia Piardi, professorlar Mauro Cecenello, Allesandro Biamonti, beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının əməkdaşları, ölkəmizin qabaqcıl istehsalat şirkətlərdən (BP, Socar, Paşa Holdinq, Embawood MMC, Aksesuar İnşaat, Yarat, Çələbi və.s) nümayəndələr iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu ilin iyul ayında iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını, eləcə də AzMİU ilə Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını yada salıb. Rektor qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn mərkəzinin yaradılması təşəbbüsü olub. “Hazırda universitetin nəzdində belə bir mərkəz yaratmışıq. Mərkəzin fəaliyyətinə gəlincə, düşünürük ki, başladığımız bu layihə istehsalat müəssisələrinin iştirakı olmadan mümkün deyil. İtaliyada dizayn təhsilinin bünövrəsi məhz təhsil və istehsalat müəssisələrinin birliyi əsasında qurulub”.
Rektor bildirib ki, bu mərkəzi yaratmaqda məqsədimiz ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaqdır.
Qeyd edək ki İtaliya-Azərbaycan Dizayn Mərkəzi POLİMİ professorları, AzMİU-nun akademik heyəti, istehsalat şirkətləri və tələbələrin birlikdə dizayn sahəsində işlər görəcəyi fiziki bir məkandır. Gerçəkləşən layihə çərçivəsində bu mərkəzdə POLİMİ Dizayn kafedrası və AzMİU Dizayn kafedrası birlikdə işləyərək yeni kurikulum, müxtəlif vorkşoplar, seminarlar və treyninqlər həyata keçirəcəklər.


Son xəbərlər
Son Xəbərlər