“Afərin Azərbaycan”

aferin-azerbaycan
Oxunma sayı: 638

“Qafqazinfo”nun Qol.Az-a istinadən verdiyi xəbərə görə, ötən gün Azərbaycanda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter twitter sosial şəbəkəsində çempionatla bağlı fikirlərini bölüşüb. O, təşkilayi məsələlərdən məmnun olduğunu bildirib: “Ceylo və sirk ustalarının əsrarəngiz ifası ilə U-17 qadınlararası dünya çempionatının möhtəşəm açılışı. Ev sahibini təbrik edirəm”.

FİFA prezidenti daha sonra bu fikirləri bölüşüb: “Bu gün Bakıdakı U-17 dünya çempionatının oyununda coşqun azarkeşlərin mükəmməl dəstəyi var. Bu, regiondakı ilk FIFA qadın futbol turniri üçün misli görünməmiş bir şeydir”.

Blatter həmçinin çempionatın ilk oyunu haqda da fikrini ifadə edib: “8-ci kilometr stadionunda, U-17 dünya çempionatının ilk oyununda əla atmosfer var. Afərin, Azərbaycan!”