Bağanıs Ayrım saytının üç dildə təqdimatı keçirilib

baganis-ayrim-saytinin-uc-dilde-teqdimati-kecirilib
Oxunma sayı: 679

Trend-in məlumatına görə, mərasimi açan universitetin rektoru, millət vəkili, professor Əhməd Vəliyev "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi tərəfindən hazırlanan və Azərbaycan, türk və ingilis dillərində yayımlanan saytın qurulmasını alqışladığını qeyd edib.

Millət vəkili Qənirə Paşayeva "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" saytının Azərbaycan həqiqətlərinin, tarix boyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım siyasətinin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində də (Qazax rayonunda) törətdikləri işğalçılıq və soyqırım siyasəti barədə daha geniş məlumat təqdim etmək məqsədilə hazırlandığını deyib. O qeyd edib ki, saytın hazırlanmasında onun "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlı ilə ortaq hazırladıqları və dörd dildə nəşr olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı və Azərbaycan Hərbi Prokurorluğunun bu soyqırım üzrə materialları əsas baza rolunu oynayıb. Xanım millət vəkili gəncləri virtual aləmdə fəal olmağa, bu fəallığı Azərbaycanın məruz qaldığı faciələrin dünyaya çatdırılması işinə həsr etməyi tövsiyə edib.

Sonra "Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı-jurnalist Akif Aşırlı və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri Kəmalə Paşayeva 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlıların keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, modern silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum edərək, mülki əhalini insanlığa sığmayan işgəncələrlə qətlə yetirməsi barədə faktlardan, bu faktların dünya ictimaiyyətinə çatdırılmasının bir milli borc olmasından bəhs ediblər.

Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, bu qəbildən layihələr Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi və dəstəyi ilə gerçəkləşdirilən layihələrdən ilham alınaraq və həmin layihələrin məhsulları örnək götürülərək həyata keçirilir.