Bakcell çempionatın sponsoru oldu

bakcell-cempionatin-sponsoru-oldu
Oxunma sayı: 681

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, 14 fevral 2012-ci il tarixində Sürix şəhərində yerləşən FİFA qərargahında Bakcell-in Baş icraçı direktoru Riçard Şirer sertifikatın təhvil verilməsi mərasimində iştirak edib.

FIFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-ə qədər Bakı və Lənkaran şəhərlərində keçiriləcək. Bakcell şirkəti bu yarış üçün yerli səviyyədə mühüm dəstək göstərəcək və FİFA təşkilatına və Yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edəcək.

“FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan xalqı üçün əlamətdar bir hadisədir” deyən Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib: “Futbol bir xalq oyunudur və Bakcell isə xalqın mobil operatorudur. Məhz buna görə də biz bu tədbirdə yaxından iştirak etməyimizə və FIFA U-17 Qadınlararası Dünya Çempionatını dəstəkləyən ölkənin ilk şirkətlərindən biri olmağımıza görə olduqca məmnunuq”.

FİFA təşkilatının Strategiya və Brendin İdarə edilməsi şöbəsinin rəhbəri Ralf Ştraus “Biz çox şad olduq ki, Bakcell kimi şirkət bizə öz etibarını və dəstəyini göstərib. Şirkətin Azərbaycan bazarında təcrübəsi və turnirin Ev Sahibi olan ölkədə tədbirin təblığ edilməsi sahəsində səyləri, bu yay inanılmaz bir çempionatın təşkil edilməsinin vacib komponentidir”, deyə qeyd edib.

Nigar Məmmədli