Bakıda 3 maşın toqquşdu - “Gelandewagen”ə görə tıxac yarandı

bakida-3-masin-toqqusdu
Oxunma sayı: 2699

Bakıda zəncirvari qəza olub. 

“Qafqazinfo”nun Trend-ə istinadən xəbərinə görə, hadisə akademik Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Qəzada iştirak edən hər üç avtomobil - “Mercedes C class”, “Mercedes S class” və “Gelandewagen” markalı avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Qəza nəticəsində “Gelandewagen” markalı avtomobil aşaraq yolu kəsib. Yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.