Bakıda avtomobil piyadanı vurub

bakida-avtomobil-piyadani-vurub
Oxunma sayı: 655

Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Report” istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Novxanı qəsəbəsi, Bağlar massivində küçəni keçmək istəyən 2003-cü il təvəllüdlü Qəmbərov Nemət Ceyhun oğlunu minik avtomobili vurub. Xəsarət alan şəxs sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən sürücünün izahatı alınıb.