Bakıda bəzi küçələrdə tıxac var

bakida-bezi-kucelerde-tixac-var
Oxunma sayı: 1637

Bakı Nəqliyyat Agentliyi hazırda paytaxt küçələrindəki vəziyyətlə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir. 

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır. 
Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar.