Bakıda ev yandı

bakida-ev-yandi
Oxunma sayı: 699

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin 1 otağında 1 ədəd divan və digər otaqda yataq dəsti yanıb. Yanğın zamanı ev sahibi kəsilən bədən xəsarəti ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, yanğın qəsdən törədilib.