Bakıda magistral su kəmərində qəza - İki rayon susuz qaldı

bakida-magistral-su-kemerinde-qeza
Oxunma sayı: 2706

Bakıda magistral su kəmərində qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, 500 mm-lik magistral kəmərdə baş vermiş qəza ilə əlaqədar Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Hazırda “Bakı Sukanal” və “Nərimanov Sukanal” İdarələrinin əməkdaşları mövcud problemi aradan qaldırmaq üçün hadisə yerində işləyirlər.