Bakıda silahlı şəxs saxlanıldı - Fotolar

bakida-silahli-sexs-saxlanildi
Oxunma sayı: 3001

 Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayon sakini Zaur Bəylərli saxlanılıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm, ümumi çəkisi 5 qram olan narkotik vasitə - heroin və bir büküm, çəkisi 8 qram olan tiryək aşkar olunaraq götürülüb. Z.Bəylərlinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətdiyi də müəyyən edilib. Evə baxış zamanı həmin şəxsə məxsus 1 ədəd “Makarov” markalı tapança, ona məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.