Bakıda yarmarka olacaq

bakida-yarmarka-olacaq
Oxunma sayı: 638

Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Yarmarka Bakı şəhərinin 7 rayonunda, 10 ünvanda keçiriləcək. Respublikanın 40-45 kənd rayonlarının fermerləri istehsal etdikləri məhsulları yarmarkalara çıxaracaqlar. Qiymətlər bazar qiymətlərindən orta hesabla 30-40% aşağı təşkil edəcək. Kənd təsərrüfatı nazirinin əmri ilə yaradılmış işçi qrupları yarmarkaların fəaliyyətinə nəzarət edəcəklər.