Bakının əsas yollarından biri 2 gün bağlı olacaq

bakinin-esas-yollarindan-biri-2-gun-bagli-olacaq
Oxunma sayı: 4345

Bakıda təmirlə bağlı daha bir küçədə təmir işləri aparılacaq.

“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində iyulun 13-14-də təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət iyulun 13-də səhər saatlarından məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.