“Bankların faiz dərəcəsi yüksəkdir” - Komitə sədri

banklarin-faiz-derecesi-yuksekdir
Oxunma sayı: 1613

“Yaxın 2-3 il ərzində bankların faiz dərəcələrinin aşağı salınmasına çalışmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin (MM) plenar iclaslarının büdcə müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səməzadə deyib.

O qeyd edib ki, bizim  bankların faiz dərəcələri  bəzi dünya ölkələrindəki kimi yüksəkdir: “Bu bizi qane edə bilməz. Bunun səbəbi bankların inflasyisadan qorxmasıdır. Ancaq inflyasiyanı cilovlamaq lazımdır. Yaxın 2-3 il ərzində bu faiz dərəcələrinin aşağı salınmasına çalışmaq lazımdır. Çünki ölkənin bank sistemində problemlər qalmaqdadır. Biz bankların fəaliyyətindən razı qala bilmərik. Banklar real iqtisadiyyatı kifayət qədər maliyyələşdirmir. 

Günel Türksoy