Barbiyə bənzəmək istədi, bu hala düşdü - Fotolar

barbiye-benzemek-istedi-bu-hala-dusdu
Oxunma sayı: 4742

21 yaşlı bolqarıstanlı tələbə Andrea İvanova Barbi kuklasına bənzəmək üçün bir il ərzində üz və bədəninin ayrı-ayrı hissələrində 15-dən çox prosedur həyata keçirib.

“Qafqazinfo”nun “The Sun”a istinadən məlumatına görə, qız transformasiyaya ötən il başlayıb. Andreanın sözlərinə görə, o, uşaqlıqda Barbi kuklası kimi görünmək arzusunda olub.

Onun dəyişimi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Andreanı "Daffi Dak" animasiya personajına bənzədib.  “Bu eybəcərləri yaradan həkimlər həbs olunmalıdır”, - onlardan biri yazıb. “Sən əvvəl elə gözəl qız idin. İndi şişirdilmiş kuklaya bənzəyirsən”, - digəri əlavə edib.

Andrea isə seçimindən razıdır və hesab edir ki, insanlar istədikləri kimi görünə bilər.