Barselonanın qələbəsi iğtişaşlarla nəticələndi

barselonanin-qelebesi-igtisaslarla-neticelendi
Oxunma sayı: 660

Ötən gün İspaniyanın Barselona futbol klubunun Avropa Çempionlar Liqasının qalibi olmasından sonra 50 minədək azarkeşin sevimli komandalarının qalibiyyətini qeyd etməsi şəhərin mərkəzində iğtişaşlarla nəticələnib. 50-dək azarkeşin həbs edildiyi bildirilir.

Bundan bir gün əvvəl isə Barselonada hökumətin iqtisadi siyasətinə qarşı etiraz aksiyası keçirilib. Etiraz aksiyasını dağıtmağa cəhd göstərən polislə nümayişçilər arasında toqquşmalar baş vermişdi. Toqquşmalar nəticəsində 100 nəfər xəsarət alıb. Barselona azerkeşləri də dəstək vermək üçün bu etiraz aksiyasına da qoşulublar.