Baş nazir Talassemiya Mərkəzi haqda qərar verdi

bas-nazir-talassemiya-merkezi-haqda-qerar-verdi
Oxunma sayı: 650

Baş nazir Artur Rasizadə Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qərara görə Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq.

Qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında verilib.