“Başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır” - CAR-ın baş məşqçisi

basa-dusmelidir-ki-italiyada-yox-azerbaycanda-oynayir
Oxunma sayı: 660

Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Stüart Bakster açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, o, yığmanın heyətinə çağırmadığı “Qarabağ”ın hücumçusu Dino Ndlovudan danışıb. 

Bakster forvardın komandadan kənarda qalmasını belə izah edib: “Finlandiya millisinin baş məşqçisi olduğum zaman 4 dəfə Azərbaycan yığması ilə qarşılaşmışıq. Bilirəm ki, bu ölkədə çempionatın səviyyəsi normaldır. Amma indiki vəziyyətdə balansı qoruyub “ən yaxşı”lara dəvət göndərmişəm. Dino haqqında fikirlərim müsbətdir. Bilirəm ki, o, öz üzərində çalışır və inkişaf edir.

Belə davam etsə, yığma komandaya dəvət alacaq. Onun “Qarabağ”da çıxışını izləyirəm. O, Azərbaycanda işini layiqincə görür və qollar vurur. Amma başa düşməlidir ki, İtaliyada deyil, Azərbaycanda çıxış edir. Seçimimi vicdanla etmişəm”.