“Baxın, türklər bunlardır”

baxin-turkler-bunlardir
Oxunma sayı: 650

Rotterdam İslam Universitetinin rektoru, professor Ahmed Akgündüz çıxışında serialı sərt tənqid edib.
Onun dediyinə görə, bu serial türklərə, İslama, əxlaqa, tarixə təhqirdir.
Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilmiş konfransda Ahmed Akgündüz deyib: "Türkiyədə göstərilən "Muhteşem yüzyıl" serialı biabırçılıqdır və mən onu "Möhtəşəm rəzalət" adlandırıram.

Serialda göstərilən sazəndələr əvvəllər yalnız osmanlı türklərinin ailə bayramlarında olardı. Üstəlik, o serialda hərəmxanada yaşananlar türk adətlərinə, ənənələrinə, əxlaqına ziddir.

"Osmanlı dönəmində hərəmxana" kitabının müəllifi kimi deyirəm bunu. Bu seriala Rumıniya və Ukraynada da kəskin etirazlar var. Bəli, bilirəm ki, serial sənədli film deyil və orada fantaziya işə düşə bilər. Lakin həmin fantaziya tarixi, xalqı, əxlaqı təhqir etməməlidir.

Suriyada prezident Bəşər Əsədin göstərişi ilə "Muhteşem yüzyıl" tərcümə edilərək göstərilir və rəsmi Dəməşq də adamlara "Baxın, türklər bunlardır" deyir. 1998-ci ildə "The Harem" adlı roman aldım. Başdan-ayağa proqrafiya idi 1000 səhifədə. "Muhteşem yüzyıl"ın ssenarisi də eynən o romanın təkrarıdır sanki", - professor deyib.

Onun dediyinə görə, seriala Misir, Tunis, İran, Əlcəzair, Mərakeşdə ciddi etirazlar var. Milli.az