Bayram günlərində zəhərlənənlərdən 2-si uşaqdır

bayram-gunlerinde-zeherlenenlerden-2-si-usaqdir
Oxunma sayı: 645

“Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Report”a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: “Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər”.

A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: “Onlar spirtli içkidən zəhərləniblər”.
Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.