Azərbaycana dolu yağdı

azerbaycana-dolu-yagdi
Oxunma sayı: 696

Tərtər rayon fövqəlada hallar komissiyasından verilən məlumata görə, təqribən 10 dəqiqə yağan dolu əsasən Tərtər və Ağdam rayonunlarının bitişik ərazilərində ziyan vurub. Bu vaxt ərzində 2-4 santmetr olan buz parçaları düşüb. Nəticədə əkin sahələrinə ziyan dəyib. Əsasən 500 hektara qədər taxıl, 300 hektara qədər pambıq, 400 hektara qədər bostan bitkiləri olan sahələrə ziyan dəyib. Dolu bitkiləri tamamilə torpağa yatırıb, yaxud gövdələrini sındırıb.

Bəzi yaşayış evlərinə də müəyyən ziyan dəyib. FHK tərəfindən araşdırmalar aparılır və dəyən ziyanın miqdarı axşama doğru müəyyən ediləcək.

anspress