Azərbaycanda 11 illik məktəbi 9 il etdilər - Səbəb

azerbaycanda-11-illik-mektebi-9-il-etdiler-sebeb
Oxunma sayı: 902

Bu sözləri “Qafqazinfo”ya kənd sakinləri göndərdikləri şikayətdə bildiriblər. Sakinlər Yüzlərlə şagird rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərovun “ədalətsiz” qərarı ilə üzləşdiyini söyləyiblər: “Ədalət Ələsgərov Təzəkənd kənd 1 saylı orta məktəbində nəticə olmadığı üçün məktəbi bağlamaq istəyir və bunun da əzabını şagirdlər çəkir. Yeni tədris ilindən Təzəkənd kənd 1 saylı orta məktəbi 9 illik olub. Əslində belə bir qərarı Nazirlər Kabineti verməlidir. Lakin belə qərar yoxdur”.

Əhalisini sayı 3000, şagirdlərinin sayı isə 500-dən çox olan bir kənddə mövcud olan iki məktəbin hər ikisinin 9 illik olması əhalinin narazılığına səbəb olub: “Məktəblərin hər ikisinin maddi-texniki bazası yüksək səviyyədədir, məktəblər müəllim çatışmazlığı problemini də yaşamır”.

Bundan sonra şagirdlər 10-11-ci sinfi qonşu Üçtəpə və yaxud da Alar kənd orta məktəblərində davam etdirəcəklərini bildirən oxucular hər iki kəndlə Təzəkəndin arasında olan məsafə 7-8 km olduğunu bildiriblər: “Belə olan halda 10-11-ci sinfi oxumaq istəyən yüzlərlə şagird – yağışda, qarda hər gün bu yolu necə gedib gələcəklər? Həmin kəndlərin arasında avtobus da işləmir. Bu da onsuz da ağır olan vəziyyəti daha da çətinləşdirəcək”.

Şikayətçilər 60-70-ci illərdə olan vəziyyətlə indiki halı müqayisə ediblər, o zaman da belə idi: “Şagirdlər 10-11-ci sinfi qonşu kəndlərdə oxuyurdular. Min bir əziyyətlə gedib gəlirdilər. Təzəkənddə yeni iki mərtəbəli məktəb isə 80-ci illərin sonlarında tikilib istifadəyə verildi. Hamı sevinirdi ki, qonşu kəndlərə gedib-gəlməkdən uşaqların canı dincələcək.

Kənd camaatı indi əl-ayağa düşüb. Prezident İlham Əliyevə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə müraciət etmək üçün imza toplayırlar.

Qeyd edək ki, sözügedən rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərovla dəfələrlə zəng vursaq da, telefonumuza cavab verən olmadı.