Azərbaycanda vəkil müvəkkilini soydu – Tərsinə

azerbaycanda-vekil-muvekkilini-soydu-tersine-
Oxunma sayı: 718

Bakının Xətai rayonunda vəkil müvəkkilinə qarşı inanılmaz cinayət törədib. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hüquq firmalarından birinin vəkili Rövşən Cəfərov hüquqlarını müdafiə etdiyi Bakı sakini Reyhan Atayevanın külli miqdarda pulunu əlindən alıb.

Cinayət hadisəsi ötən il noyabrın 24-də baş verib. R.Cəfərov Reyhan Atayevanın içərisində 12600 manat olan əl çantasını əlindən alaraq, oradakı məbləğin bir hissəsini mənimsəyib.

Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən adıçəkilən vəkil, vərdə sakini Rövşən Cəfərov yanvarın 10-da tutulub.

İstintaq zamanı məlum olub ki, R.Cəfərov əri ilə boşanmış R.Atayevanın vəkilidir. Boşanma proseindən başlayaraq, mülki məhkəmə mübahisəsi də daxl olmaqla vəkil onun hüquqlarını müdafiə edib. Hadisə baş verən gün bankdan 50000 manat götürərək qayıdan R.Atayeva vəkili ilə qarşılaşıb. Vəkil onun pul olan çantasını əlindən alaraq 50000 manatın 12600 manatını və mobil telefonu götürərək çantanı və pulun qalanını özünə qaytarıb.

Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.