Azərbaycanın populyar aparıcısı boşandı - Aktrisa olacaq

azerbaycanin-populyar-aparicisi-bosandi-aktrisa-olacaq
Oxunma sayı: 671

Aparıcının Milli.Az xəbər portalına verdiyi məlumata görə, o, aktrisalığa başlayır. Həyat yoldaşından ayrılan və yenicə depresiyadan çıxan Gülnarə, efirə, sevimli tamaşaçılarının qarşısına çıxmağı planlaşdırır: “Hazırda Xəzər TV-də yayımlanan “Küləklər” serialında çəkilirəm. Rejissor Samirdən dəvət aldım, razılaşdım və o, məni çox bəyəndi. Məni 5-6 dubldan yox, 1-2-dən çəkir. Özü də deyir ki, əladır. Əslində, mən hər zaman özümü aktrisa kimi sınamaq istəmişəm. Bu günə qismət imiş. Düzünü desəm, bilirdim ki, aktrisa kimi istedadım var. Çünki əsl aparıcının aktrisalığı da olmalıdır. ANS-də, eləcə də digər yerlərdə filmlərə çəkilmişəm”.

Gülnarənin sözlərinə görə, o, indi belə aparıcılıqdan uzaqlaşıb, peşəkar aktrisa olmağa hazırdır: “Bu dəqiqə də aparıcılığı bir kənara qoyub, aktrisa olmaq istərdim. Ancaq hələ ki, aktirisalıqda inkişaf yoxdur. Ola bilsin, gələcəkdə oldu. Türkiyədən seriala çəkilmək təklifi almışdım. Ancaq başım qarışıq idi. Dedim qala bilmərəm. Bəlkə də özümə gələndən sonra çəkilə bilərdim. Yenə dəvət etsələr, qəbul edəcəyəm. Çünki həvəsim var. Aparıcılıqdan doymuşam və artıq aktrisa olmaq istəyirəm. Amma müğənni olmaq istəmirəm, qətiyyən”.