Azərbaycanlı aktrisa Bred Pitt ilə eyni filmdə çəkiləcək

azerbaycanli-aktrisa-bred-pitt-ile-eyni-filmde-cekilecek
Oxunma sayı: 678

Milli.Az xəbər portalının Trend Life-a istinadən verdiyi məlumata görə, serialın çəkilişlərilə bərabər, o, başqa kastinqlərə də qatılıb və onları uğurla keçib. Aktrisa digər filmlərlə yanaşı, Hollivud ulduzu Bred Pitt ilə eyni filmə çəkilmək təklifi də alıb. Yayda o, "World War Z" filminin sınağı üçün Londona dəvət alıb. Məhz bu filmdə baş rolu Bred Pitt oynayır.

"Sınaq yaxşı keçdi və səhəri gün menecerimə zəng vuraraq məni layihəyə dəvət etmək istədiklərini bildirdilər", - deyə Səbinə bildirib. Lakin həmin vaxt aktrisanın Britaniya vizasının müddəti bitib, onun uzadılması üçün vaxt tələb olunub, çəkilişlər isə həmin günlərdə başlayıb. Məhz bu problem üzündən Səbinə Əhmədova "layihəni itirib".

Səbinə Əhmədova 1981-ci ildə Bakıda doğulub. 1989-cu ildə onun ailəsi Moskvaya köçüb.
Hazırda Səbinə ABŞ-da yaşayır. Los-Ancelesdəki Li Strezberq İnstitutunun tələbəsidir. Çəkilişlərə qatılmaq üçün mütəmadi olaraq Rusiyada olur.